Bakıya toya gələn müharibə iştirakçısı faciəvi şəkildə öldü - FOTO

Bakıya toya gələn müharibə iştirakçısı faciəvi şəkildə öldü - FOTO

Hazırda oxunan: Bakıya toya gələn müharibə iştirakçısı faciəvi şəkildə öldü - FOTO

101561

Bakıda müharibə iştirakçısı faciəvi şəkildə ölüb. 

Bizim.Media xəbər verir ki, Baxışov Yusif Vasif oğlu toydan çıxıb yolu keçmək istəyərkən onu “Kamaz” markalı yük maşını vurub. Nəticədə o, hadisə yerində dünyasını dəyişib. 

Məlumata görə, Yusif Baxışov Salyanın Xələc kəndində yaşayırmış və Bakıya məhz toya görə gəlibmiş. 

Yaxınlarının bildirdiyinə görə, Yusif Aprel döyüşləri ilə yanaşı, Vətən müharibəsində də iştirak edib. Onun hadisə baş verən günə qədər MAXE kimi hərbi xidmətini davam etdirdiyi qeyd olunur. (qafqazinfo.az)

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO