İsmayıllıda qəza: 4 nəfər xəsarət aldı

İsmayıllıda qəza: 4 nəfər xəsarət aldı

Hazırda oxunan: İsmayıllıda qəza: 4 nəfər xəsarət aldı

101499

İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər Balakən sakini müxtəlif bədən xəsarətləri alıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, İsmayıllı-Qəbələ yolunda hərəkətdə olan yük avtomobili  “KamAz”a  yüngül tutumlu "QAZel" markalı avtomobil  arxadan çırpılıb.

Nəticədə "QAZel" in sərnişinləri,  Balakən rayon sakinləri – 32 yaşlı Nübar Alqayeva, 20 yaşlı Elcan Orucov, 58 yaşlı Ziyafət Alqayeva və 44 yaşlı  Lalə Alqayeva müxtəlif bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan daxil olan pasiyentlərin vəziyyətinin orta-ağır olduğu bildirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO