İctimai nəqliyyatda qiymət artımı ilə bağlı RƏSMİ AÇIQLAMA

İctimai nəqliyyatda qiymət artımı ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: İctimai nəqliyyatda qiymət artımı ilə bağlı RƏSMİ AÇIQLAMA

101493

"Bakıda hansı qiymətə, hansı tipli avtobus alınıb, nə qədər insan daşınsa da, bu gəlir avtobusa qoyulmuş investisiyanı qarşılaya bilmir".

Bizim.Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

"Əgər biz gediş haqqını çox aşağı qiymətdə saxlayırıqsa, o zamana nəqliyyat vasitələri ya köhnəlir, ya sıradan çıxır, ya da ümumiyyətlə mövcud olmur. Çox təəssüf ki, bu belədir. Mövcud olmadığı təqdirdə vətəndaş əksinə, daha çox xərc çəkməyin hesabına bu yolu qət etməlidir", -deyə Hümmətov qeyd edib.

O bildirib ki, şəxsi avtomobillərin hesabına, başqa bir çox çətinliklərlə yenə bu yol qət edilməlidir:

"Ancaq vətəndaşa həmin yolu qət etmək, bəlkə də avtobusun gediş haqqı bir az yüksəldilsəydi, ödənmiş ola bilərdi. Digər halda bunlar vətəndaşın başqa xərcləri çəkməsinə səbəb olur. Dövlət üçün qiymət artımı ən arzuolunmazdır.

Biz də burada qətiyyən qiymət artımından danışmırıq. Sadəcə avtomobillərin yenilənməsi, əhalinin rahatlığı, sərnişindaşımanı həyata keçirmək üçün hansı maliyyə mexanizmləri mümkündür, ondan danışırıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO