Şəhid Səbuhi Əhmədovun aldadılan QARDAŞI – “Düşünməzdim ki, şəhid ailəsinə belə iyrənc hərəkət edilsin”

Şəhid Səbuhi Əhmədovun aldadılan QARDAŞI – “Düşünməzdim ki, şəhid ailəsinə belə iyrənc hərəkət edilsin”

Hazırda oxunan: Şəhid Səbuhi Əhmədovun aldadılan QARDAŞI – “Düşünməzdim ki, şəhid ailəsinə belə iyrənc hərəkət edilsin”

101489

Xəbər verildiyi kimi bu ilin sentyabrında Ermənistan ordusunun törətdiyi təxribat nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova qarşı dələduzluq edilib. 

Şəhidin qardaşı Sənan Əhmədov başına gələnlərlə bağlı Bizim.Media-ya açıqlama verib. O, deyib ki, ağlına da gəlməzdi ki, şəhid ailəsinə qarşı belə iyrənc hərəkət edilsin:

“Bu səhər mənə bir nəfər zəng etdi və dedi ki, Hüseyn Həsənovun adamları sizin nömrəni axtarırlar, sizin şəklinizin altında Hüseyn Həsənovu işarələyiblər ki, ev almağınıza köməklik etsin, əlaqələndirim? Razılıq verdim. Sonra xarici nömrədən zəng edildi və şəxs özünü Moskvada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun qohumu kimi təqdim etdi.
 

MÖVZU İLƏ BAĞLI:

Şəhid Səbuhi Əhmədovun qardaşına qarşı DƏLƏDUZLUQ


Bank kartımın nömrəsini istədi və ev almaqda yardım etmək üçün hesabıma 80 min manat pul köçürəcəyini bildirdi. Etiraz etdim və o qədər məbləğin çox olduğunu dedim. İsrar etdi, 80 mini köçürmək üçün kartımdan pul çıxılması üçün kodu istədi. Kartımda kirayə haqqı ödədiyim qədər məbləğ var idi.

Məbləğin az olduğunu görüb, dost tanışdan 650 manat almağımı istədi. Mümkün olmadığını deyəndə, dövlət tərəfindən 11 min şəhid pulu köçürülən kartın nömrəsini istədi. Həmin kartı bankdan götürmədiyimi bildirdim”.

Aldadıldığını sonradan anlayan Sənan Əhmədov dələduz şəxslərin digər şəhid ailələrinin də haqqına girəcəyindən ehtiyatlanır:

“Şəhid ailələrinin yaralı yerindən istifadə edirlər. Belə çıxır ki, kimin nəyə çox ehtiyacı var, onları məhv edirlər. Məndə az məbləğdi, amma sabah başqalarının da haqqına girə bilərlər. Çox güman ki, dələduz edən şəxslər qrup halındadır. Mənlə danışan şəxsin bütün səsyazmalarını hüquq-mühafizə orqanlarına təqdim etmişəm. Ayrıca Unibankla əlaqə saxladım.

Onlar hesaba pul köçürüləndə kartdan məbləğin çıxılmasının mümkün olmadığını və aldadıldığımı dedilər. Sonradan mənə yığılan nömrə ilə əlaqə saxladım və blok olunduğumu gördüm”.
Qeyd edək ki, Sənan Əhmədova dələduzluq edən şəxs ona bu nömrədən +793 980 38183 zəng edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələnin nəzarətə götürüldüyünü və baş vermiş hadisənin araşdırıldığını açıqlayıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO