Yeni açılan marşrut xəttində gediş haqqı 10 qəpik endirildi

Yeni açılan marşrut xəttində gediş haqqı 10 qəpik endirildi

Hazırda oxunan: Yeni açılan marşrut xəttində gediş haqqı 10 qəpik endirildi

101477

Bu gün Bakıda fəaliyyətə başlayan E1 ekspres marşrut xəttində gediş haqqı daha əvvəl elan edildiyi kimi 60 qəpik deyil, 50 qəpik olacaq.

Bu barədə Bizim.Media Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən məlumat verir.

Bildirilir ki, bu addım E1 xəttinin cəlbediciliyini daha da artırmaq və vətəndaşları qanunsuz sərnişindaşımalardan çəkindirmək məqsədilə edilib.

Xatırladaq ki, yeni xətt üzrə avtobuslar metronun “Xalqlar Dostluğu” stansiyasından başlayaraq Qara Qarayev prospekti - “Koroğlu” metro stansiyası - Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - Neftçilər prospekti – “Azneft” dairəsi - Bibiheybət -Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edəcək.

Marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-nin istismarında olan avtobuslarla icra ediləcək. İlkin mərhələdə daşımalara 10 avtobus cəlb ediləcək.

Qeyd edək ki, xətt üzrə avtobuslar səhər saat 06:30-dan axşam saat 18:30-a qədər fəaliyyət göstərəcək. Avtobuslar hərəkət sxemi üzrə bütün dayanacaq məntəqələri üzrə deyil, yalnız əvvəlcədən müəyyən edilmiş sərnişin təlabatı daha çox olan məntəqələrdə dayanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO