İcra başçılarına yeni səlahiyyətlər verildi

İcra başçılarına yeni səlahiyyətlər verildi

Hazırda oxunan: İcra başçılarına yeni səlahiyyətlər verildi

101451

Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri artırılıb.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.17-ci yarımbəndi yeni redaksiyada verilib.

Yeni redaksiyaya əsasən, yerli icra hakimiyyəti başçısının yaşayış məntəqələrində küçə və meydanlara ad vermək, onların adlarını dəyişdirmək, ünvan reyestrinə daxil edilmiş ünvan rekvizitləri hesab olunan nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən ünvan lövhələrini hazırlamaq və yerləşdirmək, mövcud ünvan lövhələrinin qorunub saxlanılmasına nəzarət etmək və daşınmaz əmlak obyektlərində yerləşdirilmiş ünvan lövhələrinin mövcudluğunu müəyyənləşdirmək məqsədilə mütəmadi monitorinq keçirmək, ünvan lövhələrinin məhv edilməsi və ya zədələnməsi hallarını aşkar etdikdə, bu barədə aidiyyəti üzrə məlumat vermək səlahiyyəti olacaq.

Əsasnamənin əvvəlki variantında isə yalnız yerli icra hakimiyyəti başçısının yaşayış məntəqələrində küçə və meydanlara ad vermək, onların adlarını dəyişdirmək səlahiyyəti vardı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO