Göyçayın sabiq icra nümayəndəsinin 800 min manat rüşvət alması ilə bağlı DETALLAR

Göyçayın sabiq icra nümayəndəsinin 800 min manat rüşvət alması ilə bağlı DETALLAR

Hazırda oxunan: Göyçayın sabiq icra nümayəndəsinin 800 min manat rüşvət alması ilə bağlı DETALLAR

101428

Göyçay rayon İcra Hakimiyyətinin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürovun cinayət işi məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxs ifadə verib. 

Rəşad Şükürov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, heç kimdən rüşvət almayıb, ona qarşı verilən bu ittiham əsassızdır. Rəşad Şükürov bildirib ki, hazırkı mərhələ də ifadə vermək istəmir. O deyib ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər ifadə verdikdən sonra özü danışacaq.
Bu səbəbdən hakimlər cinayət işi üzrə zərərçəkmiş şəxslərin dinidirilməsi mərhələsinə başlayıblar.

Qeyd edək ki, cinayət işi məhkəməyə daxil olanda zərərçəkmiş şəxslər şahid qismində tanınıblar. Amma məhkəməyə müraciət edən həmin şəxslər iş üzrə şahid qismində tanınmalarının düzgün olmadığını bildiriblər.

Bu səbəbdən məhkəmənin onları zərərçəkmiş şəxs qismində tanınması barədə qərar qəbul edilməsini xahiş ediblər. Məhkəmə həmin şəxsləri iş üzrə zərərçəkmiş şəxs qismində tanıyıb. 

Hazırda məhkəmə zərərçəkmişləri dindirir. 

İttihama görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı istintaq tədbirləri nəticəsində Rəşad Şükürov həbs edilib. 

Onun İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyərkən rəhbərlik etdiyi struktur qurumun digər vəzifəli şəxslərindən ibarət korrupsiya şəbəkəsinin üzvləri ilə qabaqcadan əlbir olması, ayrı-ayrı vəzifəli şəxslərdən xidməti vəzifələrinin icrasına davam etmələri üçün rüşvət verməyəcəkləri təqdirdə işdən çıxarılacaqları ilə bağlı hədə-qorxu gəlməsi, onlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində alması müəyyən edilib.
İstintaq sənədlərinə görə, Rəşad Şükürovun 800 min manat rüşvət aldığı üzə çıxıb.

İstintaq orqanı tərəfindən Rəşad Şükürovun barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO