Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun səhhətində irəliləyiş var.
Bu barədə Bizim.Media-ya Tağı Əhmədovun oğlu Ruslan Əhmədov məlumat verib. Onun sözlərinə görə atasını ən son bir həftə əvvəl görüb:
“Durumu yaxşılığa doğru gedir. Bir həftə əvvəl görməyə getmişdim. Özü ilə telefon vasitəsilə əlaqə saxlayıram. Hər şey qaydasındadır”.
MÖVZU İLƏ BAĞLI:
Tağı Əhmədovun vəziyyəti ağırlaşıb
Ruslan Əhmədov atasının hələ də fiziki qüsurlu insanlar üçün nəzərdə tutulan arabada gəzdiyini qeyd edib və müalicəsinin ölkədə davam etdiriləcəyini bildirib.
Qeyd edək ki, Tağı Əhmədov “Miyelit” (onurğa-beyin iltihabı) xəstəliyindən əziyyət çəkir və 2 ildən artıqdır ki, ayaqları tutulub. Ötən il Türkiyədə müalicə alıb.
Xatırladaq ki, Tağı Əhmədov 1998–2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifəsində çalışıb.
Alçina Amilqızı, Bizim.Media