Xaçmazda yataqxanada alov nədən qaynaqlanıb? - FOTO

Xaçmazda yataqxanada alov nədən qaynaqlanıb? - FOTO

Hazırda oxunan: Xaçmazda yataqxanada alov nədən qaynaqlanıb? - FOTO

101267

Xaçmaz şəhərində 92 saylı peşə məktəbinin yataqxanasında bu gün səhər qeydə alınan yanğında xəsarət alan olmayıb, bir nəfər tüstüdən zəhərlənib. Rayon mərkəzi xəstəxanasında zəhərlənən xanıma  ilk tibbi yardım göstərilib və  o, artıq evə buraxılıb.

Bizim.Media-nın Xaçmaz şəhər nümayəndəliyindən əldə etdiyi məlumata görə, texniki peşə məktəbinin binası Elm və Təhsil Nazirliyinin balansındadır.

Xaçmaz 92 saylı peşə məktəbinin direktoru Abbasqulu Məstəliyev məlumat verdi ki, bu yataqxanada işğal zamanı məcburi köçkün düşmüş keçmiş qaçqınlar və rayon sakinləri məskinlaşıb.
Verilən məlumata görə, peşə məktəbinin yataqxanasının zirzəmisində yanğın orada süpürgəçilərin yığdığı məişət süpürgələrinə atılan siqaret kötüyündən başlayıb.

Bu və digər ehtimallar  FHN-in müvafiq qurumu tərəfindən araşdırılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO