Milli Qəhrəman Maşallah Abdullayev vəfat etdi

Milli Qəhrəman Maşallah Abdullayev vəfat etdi

Hazırda oxunan: Milli Qəhrəman Maşallah Abdullayev vəfat etdi

101248

Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev vəfat edib. 

Bizim.Media xəbər verir ki, Maşallah Abdullayevin onkoloji xəstəlikdən 72 yaşında dünyasını dəyişdiyi bildirilir. 

O, Goranboy şəhər qəbristanlığında torpağa tapşırılıb. 

Qeyd edək ki, Abdullayev Maşallah Babakişi oğlu 27 may 1950-ci ildə Qasım İsmayılov (indiki Goranboy) rayonunun Kəpənəkçi kəndində doğulub. Birinci Qarabağ müharibəsində könüllülərdən ibarət dəstə yaradaraq iştirak edib.
1992-ci ildə briqada komandirinin müavini vəzifəsinə təyin olunub. Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsində şücaət göstərib. 1992-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO