Yeniyetmə qızlar niyə evdən qaçır? – “Polis valideynləri cəzalandırmalıdır”

Yeniyetmə qızlar niyə evdən qaçır? – “Polis valideynləri cəzalandırmalıdır”

Hazırda oxunan: Yeniyetmə qızlar niyə evdən qaçır? – “Polis valideynləri cəzalandırmalıdır”

101244

“Əvvəlki dövrün yeniyetmələrininin, indikilərdən fərqli olaraq informasiyaya bu qədər çıxış imkanları yox idi. Yalnız televiziya, radio və ya poçt məktubları vasitəsilə informasiya almaq mümkün idi. İndi isə məlumat mənbələri genişdir və alınacaq informasiya daha çoxdur. Bu səbəbdən də yeniyetmələrin sosial şəbəkələrdə gördüklərininin yanlış olduğunu beyinləri qavramır”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında psixoloq Gülnar Orucova səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Yeniyetmələrimiz daha çox kimə bənzəmək istəyirlər? – Avtoritetlər, yoxsa müharibə QƏHRƏMANLARI?


Belə ki, son dönəmlərdə yeniyetmə qızlar arasında evdən qaçma hallarının kütləviləşməsinə münasibət bildirən psixoloq qeyd edib ki, sözügedən hallar sosial şəbəkələrdə geniş formada reklam olunur:

“Bəzi verilişlər də var ki, bunu ictimailəşdirir, valideyn və övladı üz-üzə gətirirlər. Yeniyetmələr isə bunu izlədikdən sonra valideynlərilə müqayisə aparıb, evdən qaçmaq qərarına gəlirlər. Yəni, cəmiyyət olaraq problemi özümüz yaradırıq. Guya, əvvəlki dönəmində bu hallar, yaxud xəyanət yox idi? Sadəcə bu cür olayların ictimailəşdirilməsi problemi daha çox qabardır. Yeniyetmələr bəzən elə səhvlər edirlər ki, valideyn onu səhv olaraq qəbul etmir. Valideyn deyir ki, sadəcə olaraq bunu etməməlisən. Lakin bu məsələnin üzərində dayanıb, problemi aradan qaldırmaq üçün heç nə etmirlər. Övlad da sadəcə valideynin bu səhvi qəbul etmədiyini görür. Belə olan halda isə heç bir məsləhətləşmə aparmadan, səhvini dərk etmədən evdən qaçır”. 

Müsahibimiz əvvəlki illərlə müqayisədə yeniyetmələrin evdən qaçması və ya erkən evlilik hallarının artmasındakı səbəblərə də diqqət çəkib:

“Birinci səbəb sosial şəbəkələrdə və efirlərdə bu halların ictimailəşdirilməsidirsə, ikinci səbəb də valideynlərdən qaynaqlanır. Üçünüsü isə, hüquq-mühafizə orqanları bu hadisələri bilsə də, valideynlərlə bağlı cəza tədbirləri görmür. Valideynlər cəzalandırılmadığı üçün də bu hallar yenidən yaşanır”.

Psixoloq valideynlərin yeniyetmələri bu addımı atmaqdan yayındırmaq üçün övladları ilə necə davranmalı olduqlarından da bəhs edib:
 

“Valideynlər övladları ilə dost münasibətdə olub, onlara nəzarət etməlidir. Məsələn, 11 yaşlı yeniyetmələr var ki, mənim belə bilmədiyim bəzi sosial şəbəkələrdə onların hesabları var. Bəzi valideynlər deyir ki, “övladımın 16 yaşı var sevə bilməz”. Sevmək ayıb bir şey deyil. Ailə olaraq bunu qəbul etməliyik, çünki zamanla keçib gedəcək.  


Lakin keçməyən məqamlar var. Məsələn, valideyn “sən bu yaşda sevə, pozğunluq edə bilməzsən” deyir. O qədər qadağalar qoyuruq ki, övladımızla aramıza sərhəd çəkirik. Belə halda övlad valideynə heç nəyi etibar etmir və çıxış yolunu evdən qaçmaqda görür. Övlad səhv etməlidir, biz də onu başa salmalıyıq. İnsan sevgini sözlə eşitmək istəyir. Valideyn bəzən maddiyyatla sevgisini bildirmək istəyir. Lakin bəzi hallarda belə valideynlərin övladları sevgisini sözlə ifadə edən insanla qaçır. Sadəcə üç-dörd xoş sözə aldanıb qaçırlar”.

Gülnar Orucova əlavə edib ki, övladlara qadağa qoymaq lazım deyil, ona icazə verib, idarə etmək daha doğru yanaşmadır. 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO