Anar: “İlk dəfədir ki, AYB üzvü AMEA-da yüksək vəzifəyə seçilir”

Anar: “İlk dəfədir ki, AYB üzvü AMEA-da yüksək vəzifəyə seçilir”

Hazırda oxunan: Anar: “İlk dəfədir ki, AYB üzvü AMEA-da yüksək vəzifəyə seçilir”

101230

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında Azərbaycan yazıçılarının XIII qurultayı işə başlayıb. 

Bizim.Media xəbər verir ki, AYB-nin sədri, Xalq yazıçısı Anar çıxışında Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, AYB-nin üzvü İsa Həbibbəylini təbirik edib. 

Onun sözlərinə görə, Azərbaycan tarixində ilk hadisədir ki, AYB-nin üzvü AMEA-da belə yüksək vəzifəyə seçilir.

Xatırladaq ki, qurultayda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, ADA Universitetinin rektoru Hafiz Paşayev, mədəniyyət naziri Anar Kərimov, dövlət və hökumət qurumları nümayəndələri, Milli Məclisin deputatları iştirak edirlər. 
Qurultaya Azərbaycan Yazıçılar Birliyinin (AYB) dəvəti ilə Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan 20-dən çox qonaq, AYB-nin üzvləri arasından isə 330-dək nümayəndə qatılıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO