Daşkəsəndə şəhid Tacəddin Abbasovun anım günü keçirildi - FOTO

Daşkəsəndə şəhid Tacəddin Abbasovun anım günü keçirildi - FOTO

Hazırda oxunan: Daşkəsəndə şəhid Tacəddin Abbasovun anım günü keçirildi - FOTO

101225

Oktyabrın 26-da Daşkəsən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi, əsgər Abbasov Tacəddin Vüqar oğlunun 2-ci ildönümü mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Daşkəsən icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi yayıb.

Mənbə yazır ki, tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, rayonun şəhid anaları, qazilər, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçıları Şəhidin məzarına gül dəstələri düzüb, əziz xatirəsini yad edib, dualar oxuyublar.

İcra başçısı Əhəd Abıyev anım mərasimində çıxış edib:

“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində 30 illik işğala son qoyaraq topaqlarımızın azadlığını, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, düşmən üzərində tarixi Zəfər qazandı. Daşkəsənlilər də Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etdi, qəhrəmancasına vuruşdu, 34 nəfər müqəddəs şəhidlik zirvəsinə ucaldı. Belə cəsur, igid döyüşçülərimizdən biri də Vətən müharibəsi şəhidi - əsgər Abbasov Tacəddin Vüqar oğludur. 

Prezident İlham Əliyevin sərəncamları ilə şəhid Tacəddin Abbasov döyüşlərdə igid, qəhrəman kimi fəal iştirak etdiyi üçün çoxsaylı medallarla təltif olunub.

Allah şəhidimiz Tacəddin Abbasova rəhmət eləsin, onun əziz ruhu şad olsun. Şəhidimizin anası Həmidə xanımın qarşısında baş əyirik, Allahdan səbir diləyirik.

Bu gün Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərimizə yüksək səviyyədə diqqət və qayğı göstərirlər. Belə ki, bu yaxınlarda dövlət hesabına rayonumuzun ayrı-ayrı şəhid ailələrinə 15 yeni mənzil verilib.
Bütün Daşkəsənlilər adından ölkə rəhbərimiz İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun, qazilərimizə cansağlığı, şəfa versin”.

Digər çıxış edənlər də şəhid Tacəddin Abbasovla bağlı xatirələrini bölüşüblər.

Şəhidin anası Həmidə Abbasova ailəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan razılığını ifadə edərək Prezident İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO