DİN-dən MÜRACİƏT – “Azyaşlılarla bağlı görüntüləri yaymayın”

DİN-dən MÜRACİƏT – “Azyaşlılarla bağlı görüntüləri yaymayın”

Hazırda oxunan: DİN-dən MÜRACİƏT – “Azyaşlılarla bağlı görüntüləri yaymayın”

101207

Daxili İşlər Nazirliyi (DİN) sosial media istifadəçiləri və jurnalistlərə azyaşlılara aid zorakılıq məzmunlu məlumatları, görüntüləri yaymamaqla bağlı müraciət edib.

Bizim.Media xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, bu, tövsiyə və xahişdir:

“Azyaşlılarla bağlı zorakılıq məzmunlu məlumatları, görüntüləri yaymayın. Anlaşılandır ki, bu məlumatları yaymaqda məqsədiniz tədbirlərin görülməsidir. Hər bir fakt üzrə Daxili İşlər Nazirliyi tərəfindən bütün zəruri tədbirlər görülür, daxil olan məlumatlara çevik reaksiya verilir. Hansısa sual varsa bunu açıq platformada yox, şəxsidə soruşub aydınlaşdıra bilərsiniz. DİN-in sosial şəbəkə seqmentləri və zəng mərkəzləri fasiləsiz fəaliyyət göstərir. Nazirliyin növbətçi hissələrinə daxil olan bütün məlumatlar mətbuat xidmətinə fasiləsiz inteqarasiyası təmin olunur”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO