Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayı öz işinə başlayıb.
Bizim.Media xəbər verir ki, qurultay Akademik Milli Dram Teatrında təşkil olunub.
Qurultayda AYB-yə yeni sədr seçiləcək.
Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyinin ötən XII qurultayında qəbul olunmuş Nizamnaməsinə görə (V bənd, 54-cü maddə) növbəti qurultaya nümayəndələr aşağıda göstərilən qaydayla seçilir:
Sədr, Birinci katib, sədrin müavini, katiblər, Ağsaqqallar Şurasının üzvləri (Xalq şairləri, Xalq yazıçıları, Akademiyanın həqiqi və müxbir üzvləri)
Bundan əvvəlki qurultayda seçilmiş İdarə Heyətinin üzvləri - Gənclər Şurasının üzvləri, seksiyaların və regional bölmələrin rəhbərləri olub.
Qurultaya digər nümayəndələr AYB-nin seksiyalarında və yerli bölmələrində (o cümlədən Naxçıvan Yazıçılar Birliyində) hər on nəfərdən biri olaraq seçilir.
Alçina Amilqızı, Bizim.Media