Xəbər verdiyimiz kimi, Xalq artisti Rafiq Hüseynov (“Rəmiş”) ötən gün Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.
Onun hazırkı durumunu öyrənmək üçün Mərkəzlə əlaqə saxladıq.
Xəstəxanadan Bizim.Media-ya Rafiq Hüseynovun vəziyyətinin stabil ağır olduğunu və reanimasiya şöbəsində yatdığını dedilər.
MÖVZU İLƏ BAĞLI:
Mehriban Əliyevadan Rəmişlə bağlı tapşırıq
Gitara ifaçısının həyat yoldaşı Güllü Hüseynova isə bildirdi ki, Rafiq Hüseynov ağ və qara ciyər çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
O, ərinin səhhətinə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə və Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.
Gülşanə Mustafayeva, Bizim.Media