DOST Agentliyi və DSMF-in növbəti beynəlxalq uğurları - FOTO 

DOST Agentliyi və DSMF-in növbəti beynəlxalq uğurları - FOTO 

Hazırda oxunan: DOST Agentliyi və DSMF-in növbəti beynəlxalq uğurları - FOTO 

101161

Dünya Sosial Təminat Forumunda DSMF və DOST Mükəmməllik Sertifikatları ilə təltif ediliblər. 

Bizim.Media xəbər verir ki, Mərakeşdə keçirilən Dünya Sosial Təminat Forumunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumları növbəti beynəlxalq uğurlara imza ataraq, Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən:  

-Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Yaxşı idarəçilik” və “Xidmət keyfiyyəti” meyarları üzrə, 

-DOST Agentliyi “Xidmət keyfiyyəti” meyarı üzrə ümumilikdə üç Mükəmməllik Sertifikatı ilə təltif ediliblər. 

150 ölkədən 1000-dən çox nümayəndənin iştirak etdiyi Forumda mükafatlar DSMF sədri Himalay Məmişova və DOST Agentliyinin sədri Fərid Məmmədova təqdim edilib. 

Mükəmməllik sertifikatları beynəlxalq müsabiqədə müstəqil ekspertlərin hərtərəfli təhlil və qiymətləndirməsinin yekunu olaraq təqdim olunub. Sertifikatlar DSMF-nin fəaliyyətinin effektiv idarəçilik, xidmətlərin keyfiyyəti üzrə beynəlxalq təlimatlara və əsas prinsiplərə tam cavab verdiyini sübut edir. 
Ölkəmizin sosial təminat sahəsində tətbiq olunan proaktiv xidmət modeli çərçivəsində çevik və şəffaf rəqəmsal mexanizmlər, gələcəyə hədəflənən innovativ yanaşmalar sözügedən qurumların bu mühüm mükafatlara layiq görülməsini şərtləndirib. 

Beləliklə, hazırki yeni təltiflərlə Nazirliyin bu iki qurumu (DSMF və DOST) üzrə 2022-ci ildə əldə olunan beynəlxalq mükafatların sayı 11-ə çatıb. 

Qeyd edək ki, BSTA 160 ölkədən 320 sosial sığorta və sosial təminat qurumunu özündə birləşdirən aparıcı beynəlxalq təşkilatdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO