Bu gündən fəaliyyətə başlayacaq “Qaynar xətt”in nömrəsi hələ bəlli deyil - FOTO

Bu gündən fəaliyyətə başlayacaq “Qaynar xətt”in nömrəsi hələ bəlli deyil - FOTO

Hazırda oxunan: Bu gündən fəaliyyətə başlayacaq “Qaynar xətt”in nömrəsi hələ bəlli deyil - FOTO

10111

İnstitut direktoru “Qaynar xətt” nömrəsini xatırlamır, saytlar qeyd etməyib. Bəs insanlar hara müraciət etsin?

“Pandemiyaya görə sərt karantin rejimi idi. İşə gəlmək SMS ilə (8103) idi. Ona görə “Qaynar xətt” faktiki olaraq işləmirdi, zənglər də olmurdu.

Bu səbəbdən işi müvəqqəti dayandırılan “Qaynar xətt” dünən bərpa olundu və bu gündən işə başlayacaq”

Bu sözləri Bizim.Media-ya açıqlamsında AMEA Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu səsləndirdi.
 

MÖVZU İLƏ BAĞLI:

Audit AMEA-da yoxlamalara başladı - Böyük nöqsanlar var


İnstitut direktoru “Qaynar xətt” nömrəsini özü xatırlaya bilmədi, məlumatın müxtəlif saytlarda olduğunu desə də, həmin xəbər agentliklərində sözügedən informasiyaya rastlaşmadıq. 

Bu səbəbdən AMEA Dilçilik İnstitutunun saytına daxil olduq və əlaqə nömrəsinin – 012 538 06 37 olduğunu öyrəndik. 

Dilçilik institutunun rəhbəri, şərqşünas-dilçi alim, akademik Möhsün Nağısoylu “Qaynar xətt”in Dövlət Proqramı əsasında yaradıldığını bildirdi.

“Dil ilə bağlı, ən çox dil pozuntuları ilə əlaqədar fəaliyyət göstərirdi. Məsələn, istənilən vətəndaş görsə ki, bir yeməkxananın adı səhv yazılıb, bu barədə bizə məlumat verirdilər. Çünki bizdə Monitorinq şöbəsi var. Zəng vuranlar əsasən sözlərin yazılışı, yeni terminlərlə bağlı maraqlanırdılar”, - deyə institut direktoru fikrini tamamladı. 

Qeyd edək ki, yanvarın 27-si AMEA Nəsimi adına Dilçilik İnstitutu "Qaynar xət"lə bağlı məsələyə aydınlıq gətirib.

Belə ki, "Qaynar xət"də çalışan iki əməkdaş öz ərizələri ilə işdən azad edilib və yeni yaradılan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində işə başlayıblar. 

Anar Rəhimov, Bizim.Media 




 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO