Qazax rayonunda son üç ayda 700 sakin sahibsiz itlərin hücumuna məruz qalıb.
Bizim.Media xəbər verir ki, sonuncu belə hadisə Qazax şəhərindəki küçələrdən birində baş verib.
Gündüz saatlarında küçə ilə hərəkət edən yaşlı qadına sahibsiz itlər hücum edib. Yaxınlıqdakı şəxslər qadını küçə itlərinin əlindən alıb. Xəsarət alan qadın xəstəxanaya yerləşdirib, tibbi yardım göstərilib.
Sakinlərin sözlərinə görə, Qazax rayonunda sahibsiz itlərin sayı günbəgün artmaqdadır. Son zamanlar it dişləməsi faktları da çoxalıb. Təkcə son 3 ay ərzində 700-ə yaxın sakin sahibsiz itlərin hücumuna məruz qalıb.
Qazax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, it dişləməsi diaqnozu ilə xəstəxanaya müraciətlər artıq gündəlik hal alıb. Sakinlər sahibsiz itlərin artmasının səbəb kimi rayon ərazisində məişət tullantıları qablarının azlığını göstərirlər.
Belə ki, toplanan tullantılar həm də itlərin yem mənbəyi rolunu oynayır, nəticədə sahibsiz itlər parklarda, bağlarda kütləvi şəkildə artaraq təhlükə mənbəyinə çevrilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:06 / 25.10.2022
Qazaxda nə baş verir? – Son üç ayda 700 nəfəri it dişləyib
Hazırda oxunan: Qazaxda nə baş verir? – Son üç ayda 700 nəfəri it dişləyib
Hazırda oxunan: Qazaxda nə baş verir? – Son üç ayda 700 nəfəri it dişləyib
101086
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.