Mehdiabadda bələdiyyə binasının yaxınlığı zibil poliqonuna çevrilib – FOTO

Mehdiabadda bələdiyyə binasının yaxınlığı zibil poliqonuna çevrilib – FOTO

Hazırda oxunan: Mehdiabadda bələdiyyə binasının yaxınlığı zibil poliqonuna çevrilib – FOTO

101081

Abşeron rayonunun bəzi qəsəbələrində “zibillik” problemi illərdir həllini tapmır. Rayonun Mehdiabad bələdiyyəsinin inzibati binasının yaxınlığında çəkilən görüntülər antisanitar vəziyyətin hökm sürdüyünü açıq-aydın göstərir, ərazi sanki zibil poliqonuna çevrilib.

Bizim.Media Pravda.az-a istinadən xəbər verir ki, bu barədə Mehdiabad qəsəbə sakinlərinin şikayətində bildirilib.

Mənbə yazır ki, sözügedən ərazidə zibil konteynerləri vaxtında təmizlənmir, sahibsiz itlər insanlara hücum edir. Şikayət məktubunda yolların da bərbad vəziyyətdə olduğu qeyd olunub.
Sakinlərin sözlərinə görə, onlar dəfələrlə bu barədə qəsəbə bələdiyyəsinə və digər aidiyyatı qurumlara müraciət etsələr də, məsələ həllini tapmayıb.

Mehdiabad bələdiyyəsinin sədr müavini Tahirə Süleymanova bildirib ki, ərazidəki zibillər hər gün təmizlənir:

“Lakin avtomobillə keçəndə uzaq-yaxın məsafədən yol kənarına zibilləri tullayırlar. Ona görə də ətrafa zibil səpələnir. Mədəni sakinlər də var, qapısının qarşısına zibil qutusu qoyur, vaxtında ödəniş edirlər.

Lakin 3 manata görə elə sakinlər var ki, həm zibili ətrafa atırlar, həm də şikayət edirlər. Ərazidəki sahibsiz itlər isə təhlükəli deyillər.
Zərərsizləşdirilmiş itlərdir. Vətəndaşlar da onlara mütəmadi yemək verirlər. Yayılan görüntülərdə yerə qoyulmuş əşyalar isə yaxınlıqdakı mağazada təmir səbəbindən qoyulub. Mağaza sahibi təmir işi bitəndən sonra həmin hissəni də təmizləyib”.

Bizim.Media













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO