Rusiya ilə sərhəddə SIXLIQ - 2100 yük avtomobili növbə gözləyir

Rusiya ilə sərhəddə SIXLIQ - 2100 yük avtomobili növbə gözləyir

Hazırda oxunan: Rusiya ilə sərhəddə SIXLIQ - 2100 yük avtomobili növbə gözləyir

101080

Qusarın Rusiya-Azərbaycan sərhədində yerləşən Samur gömrük-keçid məntəqəsində növbə gözləyən yük avtomobillərinin sayı 2100-ü keçib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Azərbaycan tərəfdə keçidlə bağlı hər hansı problem yoxdur, problem qonşu ölkənin gömrük postunda yaşanır.

Dağıstan Respublikasının Məhərrəmkənd rayonunun Yaraq Qazmalar postunda bütün yük avtomobillərinə ciddi baxış keçirilir. 

Nəqliyyat vasitələri rentgenə salınır, yüklər yoxlanılır.

Rusiya tərəfinin bu sərt yoxlanışa Krımda baş verən son hadisəyə görə əl atdığı bildirilir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO