1 milyonluq mənimsəməyə görə həbsdə olan məktəb direktoru ilə bağlı YENİ XƏBƏR  

1 milyonluq mənimsəməyə görə həbsdə olan məktəb direktoru ilə bağlı YENİ XƏBƏR  

Hazırda oxunan: 1 milyonluq mənimsəməyə görə həbsdə olan məktəb direktoru ilə bağlı YENİ XƏBƏR  

101044

Hüseynqulu Sarabski adına 7 saylı musiqi məktəbinin sabiq direktoru Mehriban Rüstəmovanın barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Mehriban Rüstəmovanın barəsində olan Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə verilmiş ittiham hökmdən xaric edilib.

Onun cəzası 3 ay azaldılaraq, 10 il 3 aya endirilib. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan iş üzrə Mehriban Rüstəmova verilmiş ittihamlarla təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, 2020-ci ildə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Mehriban Rüstəmovanın məktəbdə işləyən müəllimlərin əmək haqlarını mənimsəməsi barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma başlanılıb.

İstintaq-əməliyyat tədbirləri nəticəsində Mehriban Rüstəmovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məktəbdə çalışan ayrı-ayrı müəllimlərə məxsus əməkhaqqı kartlarını qanunsuz ələ keçirib həmin kartlara köçürülmüş pul vəsaitlərini bankomatdan şəxsən çıxarmaqla, habelə müəllimlərin əməkhaqqı kartlarına köçürülmüş aylıq əməkhaqqının əhəmiyyətli hissəsini tələb edərək küllü miqdarda pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Mehriban Rüstəmovanın xidməti otağında, ona məxsus Nəsimi rayonunda yerləşən yaşayış evində və avtomobilində keçirilmiş axtarış nəticəsində rəhbərlik etdiyi musiqi məktəbinin müəllimlərinin adlarına olan 40 ədəd plastik kart, müxtəlif ölkələrin valyutalarında saxlanılan 40 min manata yaxın pul vəsaiti, musiqi məktəbinin şagirdlərinin adına olan 36 ədəd şəhadətnamə, məktəbin tarifləşmə və tabel cədvəlləri, əmr kitabı, 1 ədəd «notebook» və iş üçün əhəmiyyət kəsb edən digər sənəd və əşyalar aşkar edilərək götürülüb.

İstintaq zamanı M.Rüstəmovanın müəllimlərin adına olan 40 ədəd əmək haqqına dair plastik kartları özündə saxlayaraq həmin kartlara köçürülmüş pul vəsaitlərini bankomat vasitəsilə ələ keçirərək mənimsəməsi özünün etirafı, eləcə də iş üzrə toplanmış digər sübutlarla təsdiqini tapıb.
Mehriban Rüstəmovanın məktəbin müəllimlərindən qanunsuz yollarla topladığı pul vəsaitinin bir qisminin qabaqcadan əldə edilmiş razılaşmaya uyğun olaraq Bakı şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşına verilməsi, digər qisminin isə özü tərəfindən mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə Mədəniyyət Nazirliyi zərərçəkmiş qismində tanınıb. Toplanmış sübutlar əsasında Mehriban Rüstəmova Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və israfetmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (əzifə saxtakarlığı ) maddələri ilə ittiham verilib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO