Daşkəsəndə çoxlu sayda İNSAN SÜMÜKLƏRİ aşkarlandı – Geoloji kəşfiyyat işləri DAYANDIRILDI 

Daşkəsəndə çoxlu sayda İNSAN SÜMÜKLƏRİ aşkarlandı – Geoloji kəşfiyyat işləri DAYANDIRILDI 

Hazırda oxunan: Daşkəsəndə çoxlu sayda İNSAN SÜMÜKLƏRİ aşkarlandı – Geoloji kəşfiyyat işləri DAYANDIRILDI 

101016

“Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyətinin rayonda fəaliyyət göstərən müəssisəsi cənub-şərq mədəni ərazisində apardığı geoloji-kəşfiyyat işlərini qəfildən dayandırıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, buna səbəb ərazidə insana məxsus kəllə sümükləri aşkar edilməsi olub. MMC rəhbərliyi Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna rəsmi məktubla müraciət yollayıb və ərazinin öyrənilməsini xahiş edib.

Həmin məktub əsasında institutun “Arxeoloji xidmət və yeni tikinti sahələrinin arxeoloji tədqiqi” şöbəsinin müdiri Qəhrəman Ağayev və şöbənin əməkdaşı Elnur Vəliyev Daşkəsən rayonuna ezam olunublar.
Bu barədə Arxeologiya, Etnoqrafiya və Antropoligiya şöbəsinin müdiri Qəhrəman Ağayev Bizim.Media-ya faktları təsdiqləyib:

“Geoloji-kəşfiyyat işləri aparılan ərazidə ilkin tədqiqat  işləri zamanı məlum oldu ki, qazıntı işləri aparılan bu ərazi qədim dövrə aid nekropoldur. İlkin müşahidə və araşdırmalar zamanı nekropolda yerüstü əlamətlərinə görə 20-ə yaxın qəbir abidəsi aşkar edilib. Ərazidə iki gün aparılan ilkin tədqiqatların nəticəsi olaraq, belə qərara gəlinib ki, təşkilstın burada apardığı tikinti işləri davam etdirilə bilməz və ərazidə təcili olaraq arxeoloji tədqiqatlar aparılmalıdır.

Məsələ barədə xüsusi arayış hazırlanaraq filiz mədəninin rəhbərliyinə göndərilib. Çox güman ki, razılaşmalardan sonra ərazidə geniş şəkildə arxeoloji tədqiqat işlərinə başlanılacaq”.
Sonda Qəhrəman Ağayev mədəni irsimizin qorunub saxlanılması üçün  tarixi abidələrimizə belə münasibətə görə "Daşkəsən Dəmir Filiz" MMC-nin rəhbərliyinə öz minnətdarlığını çatdırıb.

Aytəkin Alxaslı, Bizim.Media















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO