Masallıda əmilərini öldürən iki qardaşın MƏHKƏMƏSİ BAŞLAYIR 

Masallıda əmilərini öldürən iki qardaşın MƏHKƏMƏSİ BAŞLAYIR 

Hazırda oxunan: Masallıda əmilərini öldürən iki qardaşın MƏHKƏMƏSİ BAŞLAYIR 

100976

Masallı rayonunda əmilərini qətlə yetirməkdə ittiham olunan Ariz Səfərov və qardaşı Fəqan Səfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Cavid Səfərlinin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin iyulun 31-də, saat 07 radələrində Masallı rayon sakini, 1961-ci il təvəllüdlü İbadulla Səfərovun öldürülməsi barədə Masallı rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Ariz Səfərov və qardaşı, 2004-cü il təvəllüdlü Fəqan Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı taxta parçası və balta ilə əmiləri İbadulla Səfərova xəsarətlər yetirməklə onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Ariz və Fəqan Səfərovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq araşdırması zamanı Masallı rayon sakini, 1961-ci il təvəllüdlü İbadulla Səfərovun qardaşı oğlanları tərəfindən öldürülməsinin təfərrüatı məlum olub.

Hadisə mülk üstündə baş verib. Rayonun Təzə Alvadı kəndində baba mülkünün bölünməsi qohumlar arasında münaqişəyə səbəb olub.

1999-cu il təvəllüdlü Ariz Səfərov və qardaşı 2004-cü il təvəllüdlü Fəqan Səfərov evin onlara məxsus olduğunu söyləyərək, əmiləri İbadulla Səfərovla davaya çıxıblar. Tərəflər ortaq məxrəcə gələ bilməyiblər. Nəticədə münaqişə ölümlə nəticələnib.

İbadulla Səfərov ata yurdunun üçdəbir hissəsinin ona aid olduğunu deyərək, evi sökmək istəyirmiş. Qardaşlar buna etiraz ediblər. Qətl törədən qardaşların ataları hazırda həbsdədir.
Onun həbsinə səbəb qardaşı İbadulla Səfərovla dava etməsi olub.

İstintaq orqanı tərəfindən hər iki qardaşın barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO