Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda dəmir yolu xəttində qadın meyitinin qatarın altında qalması barədə məlumat daxil olub.
FHN-dən Bizim.Media-ya bildirilib ki, məlumatla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində meyit vaqonun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media