SOCAR-ın Vətən müharibəsi iştirakçısı olmuş əməkdaşları Şuşaya səfər edib - FOTO

SOCAR-ın Vətən müharibəsi iştirakçısı olmuş əməkdaşları Şuşaya səfər edib - FOTO

Hazırda oxunan: SOCAR-ın Vətən müharibəsi iştirakçısı olmuş əməkdaşları Şuşaya səfər edib - FOTO

100907

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Vətən müharibəsi iştirakçısı olmuş əməkdaşlarının Şuşaya səfəri təşkil olunub. 

Bizim.Media bu barədə SOCAR-a istinadən xəbər verir. 

Məlumata görə, Şuşa qalasının qarşısında SOCAR-ın əməkdaşlarını Bülbülün ev muzeyinin direktoru Fəxrəddin Hacıbəyli salamlayıb. O, hər azərbaycanlının 30 il mədəniyyətimizin beşiyi olan Şuşanı görmək həsrəti ilə yaşadığını, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etdiyini, bu həsrətə son qoyduğunu vurğulayıb. Şuşada böyük quruculuq işlərinin aparıldığını bildirən F.Hacıbəyli xalqımıza məxsus tarixi abidələrin, milli mədəniyyət nümunələrinin bərpa edildiyini diqqətə çatdırıb. 

SOCAR-ın əməkdaşı, Cəbrayılın, Füzulinin və Şuşanın azad olunmasına görə medalları ilə təltif edilmiş Samir Əsgərov çıxışında Vətən müharibəsində iştirakından şərəf duyduğunu qeyd edib, keçdiyi döyüş yolundan, rəşadətli ordumuzun qəhrəmanlığından danışıb.
O, Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə qüdrətli Azərbaycan ordusunun əzəli və əbədi torparlarımızı işğaldan azad etdiyini, Azərbaycan xalqının ən böyük arzusuna qovuşduğunu ifadə edib. 

Səfər çərçivəsində tədbir iştirakçıları dahi bəstəkar Üzeyir Hacıbəylinin abidəsini ziyarət edib, burada neftçilərdən ibarət “Dalğa” instrumental ansamblının ifasında Qarabağa, Şuşaya həsr edilmiş kompozisiyanı, eyni zamanda “SOCAR Könüllüləri”nin səsləndirdiyi Vətən müharibəsi haqqında şeiri dinləyiblər. 

Şuşa Bəyannaməsinin imzalandığı ərazidə bərpa-quruculuq işləri ilə tanış olan tədbir iştirakçıları, daha sonra Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün büstlərini, həmçinin Molla Pənah Vaqifin büstünü və məqbərəsini ziyarət edib, Cıdır düzündə olublar. 
Sonda SOCAR əməkdaşları Şuşada bişirilən Qala çörəyinin dadına baxıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO