Seçiciləri ilə mütəmadi görüşən DEPUTATLAR kimlərdir? - SİYAHI

Seçiciləri ilə mütəmadi görüşən DEPUTATLAR kimlərdir? - SİYAHI

Hazırda oxunan: Seçiciləri ilə mütəmadi görüşən DEPUTATLAR kimlərdir? - SİYAHI

100903

Ölkəmizdə hakimiyyətin qanunverici qolunun təmsilçisi olan Milli Məclis seçkili orqandır.

Parlamentdə 125 deputat təmsil olunur ki, onlar ölkənin bütün ərazilərini əhatə edən dairələrdən vətəndaş səsverməsilə seçilirlər. Millət vəkillərinin əsa vəzifələrindən biri də seçicilərinin, seçildikləri ərazilərin problemləri ilə maraqlanıb, onların həlli istiqamətində zəruri tədbirlər görməkdir.
Bu məqsədlə seçicilərlə görüşlər keçirilməsinin əhəmiyyəti də böyükdür. Millət vəkilləri içərisində mütəmadi olaraq seçiciləri ilə mütəmadi, eləcə də nadir hallarda görüşənlər var.

Bizim.Media seçiciləri ilə daim yaxın təmasda olan millət vəkillərini araşdırıb. 

Aqil Abbas, Sahib Alıyev, Novruzəli Aslanov, Vüqar Bayramov, Kamal Cəfərov, Vahid Əhmədov, Adil Əliyev, Jalə Əliyeva, Aydın Hüseynov, Əli Hüseynli, Cavanşir Feyziyev, Vüqar İskəndərov, Tahir Kərimli, Rəşad Mahmudov, Tahir Mirkişili, Aydın Mirzəzadə, Fazil Mustafa, Müşfiq Məmmədli, Ceyhun Məmmədov, Ramin Məmmədov, Razi Nurullayev, Könül Nurullayeva, Qənirə Paşayeva və Fatma Yıldırımı xüsusilə fərqləndirə bilərik. 

Bu deputatlar mütəmadi olaraq, seçiciləri ilə görüşlər keçirir və onların problemlərini dinləyirlər.

Onların sosial şəbəkə hesablarından daim bununla bağlı məlumatlar paylaşır, seçicilərinin problemlərinin həlli istiqamətində əməli addımları ilə fərqlənirlər. 

Əminə Ağazadə, Nigar Arpadarai, Kamran Bayramov, Jalə Əhmədova, Etibar Əliyev, Sevinc Hüseynova, Nurlan Həsənov, Səbinə Xasayeva, Fəzail İbrahimli, Sahibə Qafarova, Elman Nəsirov, Pərvin Kərimzadə, Fəzail Ağamalı, Musa Qasımlı, Anar İskəndərov, Azər Badamov, Bəhruz Məhərrəmov, Cavid Osmanov, Ramin Məmmədov, Əli Məsimli, Ramil Həsən də seçicilərini diqqətdən kənar qoymayanlar sırasındadır. 

Adları qeyd olunmayan deputatlar içərisində də seçiciləri ilə daima maraqlanan millət vəkilləri var. Lakin deputatların bir qisminin vətəndaş qəbulları və ya görüşləri ilə bağlı öz rəsmi hesablarında, eləcə də internet resurslarında məlumatlar xeyli azdır. Eyni zamanda sosial şəbəkə istifadəçilərinin də rəyləri bunu deməyə əsas verir.
Bir qrup millət vəkilləri isə seçiciləri ilə daima maraqlansalar belə, sosial şəbəkə və mediada o qədər də aktiv olmamaları bu barədə məlumat əladə etməyimizə çətinlik yaradır. Bu səbəbdəndir ki, onların da adı bu cür siyahılardan kənar qalır.

Murad Əhmədov, Bizim.Media 

QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması - bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO