Xocalı qatili Qazaxla sərhədə gəldi: “Sentyabrda 50 döyüş postunu itirmişik”

Xocalı qatili Qazaxla sərhədə gəldi: “Sentyabrda 50 döyüş postunu itirmişik”

Hazırda oxunan: Xocalı qatili Qazaxla sərhədə gəldi: “Sentyabrda 50 döyüş postunu itirmişik”

100895

Oktyabrın 22-də parlamentin “Ermənistan” fraksiyasının sədri, hərbi cinayətkar, Xocalı qatili Seyran Ohanyan, deputatlar - Qeqam Manukyan, Artur Xaçatryan, Argişti Gevorqyan və Qarnik Danielyan Qazax rayonu ilə sərhəddə yerləşən Tavuş vilayətinə səfər edib, burada sakinlərlə görüşüblər.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, Ohanyan iclasda bildirib ki, Azərbaycanla sərhəddə son eskalasiya zamanı Ermənistan Silahlı Qüvvələri 50 döyüş postunu itirib.

Mənbə yazır ki, sərhədyanı yaşayış məntəqələrinin sakinləri ilə söhbətin mövzusu təhlükəsizlik məsələləri olub.

“Mən orduya rəhbərlik etmişəm və nizam-intizamın nə olduğunu bilirəm. İndi görün əsgərlər necə geyinirlər. Hakimiyyətin (Paşinyanı nəzərdə tutur) orduya münasibəti bax budur”.

Ohanyan jurnalistlərə müsahibəsində belə deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO