Şəhid Ümid Həsənovun 40 mərasimi keçirildi

Şəhid Ümid Həsənovun 40 mərasimi keçirildi

Hazırda oxunan: Şəhid Ümid Həsənovun 40 mərasimi keçirildi

100884

Qubanın İsnovqışlaq kəndində 12-14 sentyabr hadisələrində Ermənistanın təxribatının qarşısını alarkən şəhid olmuş müddətdən artıq hərbi qulluqçu Ümid Həsənovun 40 mərasimi keçirilib.  

Bizim.Media xəbər verir ki, mərasimdə rayon İH başçısı Ziyəddin Əliyev, yerli DTX rəisi, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə şəhid Ümid Həsənovun məzarı ziyarət edilib, önünə əklillər və tər güllər düzülüb. 

Quba İH başçısı Ziyəddin Əliyev şəhid Ümid Həsənovun anası Məxburə Həsənovaya belə igid oğul böyütdüyü üçün təşəkkür edib:  

“Başını dik tut, belə oğullar ölmür, onlar əbədi yaşayır. Ümid daim yaşayacaq”.   

Məxburə Həsənova 5 yaşından atasız böyütdüyü yeganə oğlunun itkisinin onun üçün ağır olduğunu deyərək yalnız bir təsəllisi olduğunu qeyd edib:

"Oğlum Vətənin müdafiəsində həyatından keçdi, buna görə qürur duyuram."  

Aytəkin Alxaslı,Bizim.Media,Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO