Azərbaycanda elektron məhkəmənin yeni versiyası hazırlanır

Azərbaycanda elektron məhkəmənin yeni versiyası hazırlanır

Hazırda oxunan: Azərbaycanda elektron məhkəmənin yeni versiyası hazırlanır

100832

"Elektron məhkəmənin yeni versiyası hazırlanır". 

Bizim.Media xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyalar idarəsinin rəisi Ağakərim Səmədzadə “Vəkillik və İKT, müasir çağırışlar” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, artıq bununla bağlı işlərə başlanılıb. İdarə rəisi xidmətlərin vətəndaşlara əlçatan olmasının zəruriliyini vurğulayıb.

O, bu sahədə nazirliyin kifayət qədər uğurlarının olduğunu qeyd edib. 

A.Səmədzadə həmçinin bildirib ki, yaxın günlərdə "mobil əhali" tətbiqi istifadəyə veriləcək və həmin tətbiq vasitəsilə vətəndaşlar arayışları ala biləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO