Qanunvericiliyə əsasən, mənzili sökülən şəxslərə ya kompensasiya ödənilir, ya da sökülən ev başqa bir mənzillə dəyişdirilir.
Görəsən, tikinti şirkətləri bu iki seçim qarşısında qalarkən daha çox hansına üstünlük verir?
Bizim.Media-ya açıqlama verən ekspert Nüsrət İbrahimov bildirir ki, tikinti şirkətləri sökülən ev sahiblərinə kompensasiya ödəmək deyil, daha çox yeni mənzil verməkdə maraqlıdırlar.
Ekspertin fikrinə görə, bu ondan irəli gəlir ki, vətəndaş öz mənzilini çox baha qiymətə təklif edir:
“İkinci bir tərəfdən, tikinti şirkətinin özündə nağd pul problemi olur. Təsəvvür edin ki, bir ərazidə 20 mənzil sökülür. 20 mənzildə yaşayan ailələrin hər biri 300-400 min manat pul istəyir. Şirkətin isə bu qədər nağd pulu olmur.
Ona görə də şirkətlər sökülən evin əvəzinə kompensasiya ödəməkdə maraqlı olmurlar.
Prosesdə hər bir tərəfin öz marağı var və əksər hallarda pul məsələsində vətəndaşla şirkət arasında kəsişmə nöqtəsi baş tutmur. Amma mənzil məsələsində ortaq məxrəcə daha asan şəkildə gələ bilirlər. Bu səbəbdən də sökülən evin əvəzini yeni mənzillə əvəzləməyə üstünlük verirlər”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:30 / 24.10.2022
Şirkətlər mənzilləri sökülən şəxslərə niyə nağd pul vermək istəmirlər – SƏBƏB
Hazırda oxunan: Şirkətlər mənzilləri sökülən şəxslərə niyə nağd pul vermək istəmirlər – SƏBƏB
Hazırda oxunan: Şirkətlər mənzilləri sökülən şəxslərə niyə nağd pul vermək istəmirlər – SƏBƏB
100811
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.