“Papanin”də evlər sökülür - VİDEO

“Papanin”də evlər sökülür - VİDEO

Hazırda oxunan: “Papanin”də evlər sökülür - VİDEO

100806

Böyük bir ərazidə fərdi yaşayış evlərinin sökülməsinə başlanıb. Evlərin sökülməsinə başlanan ərazi paytaxtın Nəsimi rayonunun ''Papanin'' kimi tanınan hissəsidir. 

Bizim.Media xəbər verir ki, Cəlil Məmmədquluzadə, Novruzov qardaşları, Həsən Əliyev və Yusif Vəzir Çəmənzəminli küçələrinin kəsişməsində ümumilikdə 4 hektardan artıq ərazidəki fərdi evlərin sökülməsi, əvəzinə hündürmərtəbəli yaşayış binalarının tikilməsi planlaşdırılır.

Ərazidə hələlik söküntü, gələcəkdə isə tikinti işləri aparacaq MTK-dan bildirilib ki, layihəyə uyğun olaraq burada 16 mərtəbəli 11 binanın tikintisi nəzərdə tutulur.

Razılıq əldə olunanlar kirayəyə köçürülür. Onlara binalar tikildikdən sonra evlərin veriləcəyi bildirilib. 

Bununla belə, hələlik şirkətlə razılığa gəlməyənlər də var. Bəzi sakinlər şərtlərin onların dediyi kimi olmasını istəyirlər. 

MTK-nın direktoru Aslan Quliyev deyib ki, sakinlərə hazırda yaşadıqları fərdi evlərin sahəsindən minimum 20% artıq mənzillər təklif edilir. Tamamilə qapalı olması nəzərdə tutulan kompleksdə 3 hektarlıq parkın, əyləncə mərkəzlərinin və digər zəruri infrastrukturun olacağı bildirilib. 
 Qeyd edək ki, ümumilikdə söküntü və tikinti işlərinin 3 il ərzində tam sona çatdırılması hədəflənir.

Ətraflı Xəzər televiziyasının reportajında:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO