Həyətində narkotik basdıran Şirvan şəhər sakini saxlanıldı

Həyətində narkotik basdıran Şirvan şəhər sakini saxlanıldı

Hazırda oxunan: Həyətində narkotik basdıran Şirvan şəhər sakini saxlanıldı

100792

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Nəzirməmməd Həmidzadə saxlanılaraq polis şöbəsinə gətirilib. 

Burada onun üzərinə keçirilən baxış zamanı 2 büküm narkotik maddə olan heroin aşkarlanıb. 

Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı evin həyətyanı sahəsində torpağa basdırılmış polietilen torbanın içərisindən 53 ədəd sellofan bükümdə olan və ümumi çəkisi 170 qramdan artıq təşkil edən narkotik maddə heroin, 3 büküm metamfetamin, 42 ədəd sellofan bükümdə və 2 ədəd kibrit qutusunda qablaşdırılmış marixuana, 146 ədəd narkotik tərkibli “Metadon” həbləri və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. 

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO