Vətən müharibəsi şəhidinin xatirəsi anıldı - FOTO

Vətən müharibəsi şəhidinin xatirəsi anıldı - FOTO

Hazırda oxunan: Vətən müharibəsi şəhidinin xatirəsi anıldı - FOTO

100783

Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Aslanov Elşən Alxas oğlunun əziz xatirəsi yad olunub. Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Aydın Hüseynov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, şəhidin ailə üzvləri, yaxınları, qazilər, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayon icra hakimiyyətindən Bizim.Media-ya bildirilib ki, mərasim iştirakçıları tərəfindən Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunub, şəhidin məzarı önünə gül dəstələri qoyulub.

Sonra şəhid Elşən Aslanovun ailəsi ziyarət olunub. Şəhidin valideynləri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərilən diqqətə və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər.
Çıxış edənlər şəhidlə bağlı xatirələrini bölüşüb, onun şərəfli həyat və döyüş yolundan söz açıblar.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO