Avtobusla yük maşını toqquşdu - Yaralılar var - FOTO

Avtobusla yük maşını toqquşdu - Yaralılar var - FOTO

Hazırda oxunan: Avtobusla yük maşını toqquşdu - Yaralılar var - FOTO

10072

Binəqədi şossesində yol nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-ya Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, “Manella MMC”-nin müvəqqəti istsimarında olan 108 A müntəzəm marşrut xətti üzrə 10 TG 635 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu betonqarışdıran avtomobillə toqquşub.  

Hadisəylə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən müvafiq araşdırma aparılır. Əməkdaşlar hadisə yerinə yollanıb. “Manella MMC”-nin rəhbəri Qurbanəli İsmayılov Agentliyə çağırılıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının yaydığı məlumata görə, hadisə nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. 

1 nəfər isə hospitalizasiyadan imtina edib. Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO