Daşkəsəndə avtomobil aşdı – 1 ölü, 2 xəsarət alan var

Daşkəsəndə avtomobil aşdı – 1 ölü, 2 xəsarət alan var

Hazırda oxunan: Daşkəsəndə avtomobil aşdı – 1 ölü, 2 xəsarət alan var

100696

Daşkəsəndə baş verən yol nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xoşbulaq kəndinə gedən yolda qeydə alınıb.

Hərəkətdə olan "Niva" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq aşıb. Sürücü, Xoşbulaq kənd sakini Ramin Qurbanov hadisə yerində ölüb.

Şahidlərin sözlərinə görə, avtomobildə olan daha 2 nəfər yüngül xəsarət alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO