FHN-dən fövqəladə vəziyyətlərdə davranış qaydalarına dair maarifləndirmə tədbirləri - FOTO 

FHN-dən fövqəladə vəziyyətlərdə davranış qaydalarına dair maarifləndirmə tədbirləri - FOTO 

Hazırda oxunan: FHN-dən fövqəladə vəziyyətlərdə davranış qaydalarına dair maarifləndirmə tədbirləri - FOTO 

100691

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

Məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Nərimanov rayonu M. Şəhriyar adına 193 saylı tam orta məktəbdə, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz rayonu Yeni-Həyat və İstisu kənd tam orta məktəblərində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qax rayonu M.Ziyadov adına Qıpçaq kənd və Almalı kənd tam orta məktəblərində, Muğan Regional Mərkəzi tərəfindən Salyan rayonu Arbatan kənd tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayonu Altıağac qəsəbə tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Beyləqan rayonu Kəbirli kənd 1 nömrəli tam orta məktəbində, Gəncə Regional Mərkəzi tərəfindən Daşkəsən rayonu Xoşbulaq kənd tam orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən Yevlax şəhəri 2 nömrəli tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Həmçinin bildirilib ki, tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO