Paytaxtda QƏZA - “BakuBus” supermarketə girdi – ANBAAN VİDEO 

Paytaxtda QƏZA - “BakuBus” supermarketə girdi – ANBAAN VİDEO 

Hazırda oxunan: Paytaxtda QƏZA - “BakuBus” supermarketə girdi – ANBAAN VİDEO 

100669

Bakıda marşrut avtobusu qəza törədib.

Bizim.Media xəbər verir ki, bu barədə BNA-nın məlumatında bildirilib.

Məlumata görə, axşam saatlarında Nizami rayonu C.Naxçivanski küçəsində Bakubus MMC-nin istismarında olan 30 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən “BMC” markalı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

İlkin məlumata görə, avtobusun əyləc sistemində nasazlıq olduğundan nəqliyyat vasitəsi yaxınlıqdakı mağazanın divarına dəyib. Hadisə nəticəsində avtobusa və mağazaya ziyan dəysə də heç bir xəsarət halı qeydə alınmayıb.
Bakı Nəqliyyat Agentliyi hadisə ilə bağlı araşdırma aparır, BakuBus MMC-nin məsul şəxsləri Agentliyə çağırılıb.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO