Qara kişmişin faydaları nələrdir? – Mütləq oxuyun!

Qara kişmişin faydaları nələrdir? – Mütləq oxuyun!

Hazırda oxunan: Qara kişmişin faydaları nələrdir? – Mütləq oxuyun!

10063

Qara üzümün saymaqla bitməyən bir çox faydaları vardır. Ondan istifadə edilməsi bir sıra sağlamlıq problemlərini qaydaya salır.

Bizim.Media bu barədə kiçik araşdırma aparıb.

Qara kişmiş sinir sistemini və ürəyi möhkəmləndirir, limfaları, ağciyərləri, qaraciyəri və bağırsağı təmizləyir. Kişmişdən istifadə qan azlığını aradan qaldırır. 

Onun tərkibində xolesterini aşağı salan və xərçəng əleyhinə maddələr var. 

Yuxu pozğunluğunu aradan qaldıran kişmiş sinirləri gücləndirmək və oynaq ağrılarını azaltmaqda sizə kömək edəcək.

Möcüzəvi bir qida olan kişmiş, tərkibindəki vitaminlər, minerallar və antioksidanlar sayəsində təbiətin insanlara bəxş etdiyi bir hədiyyəsidir. 

Qara kişmişi həmçinin yeməklərinizdə də istifadə edə bilərsiniz. 

Qara kişmiş arıqlamağa da kömək edir. Kişmişin tərkibində olan antioksidanlar sayəsində immunitet sistemi güclənir, üst tənəffüs yollarının xəstəliklərinin qarşısını alınır. 

Kişmiş xərçəng əmələ gəlməsinin də qarşısını almaqda təsirlidir.

Mis və maqneziumla zəngin olduğu üçün sümüklərin möhkəmlənməsinin təmin edir. 

Qan təzyiqi salma təsirinə malikdir və qan təzyiqini tənzimləyir. Kişmiş unutqanlığı aradan qaldırır və sinir hüceyrələrini bərpa edir. 

Toxumlu kişmiş qan azlığının qarşısını alır, yaddaşı yaxşılaşdırır və altsheymer xəstəliyinə tutulma riskini azaldır.

Ağciyərlərdə yarana biləcək infeksiyaların qarşısını alır. Saçların daha qalın və sağlam böyüməsinə kömək edir.

İmmunitet sistemini əhəmiyyətli dərəcədə gücləndirir. Bədəni xaricdən gələn viruslara qarşı qoruyur.

30 qram kişmişin qidalanma dəyərləri 92 faiz  karbohidrat, 4 %-i yağ və  4 %-i zülal ehtiva edir. Üzümün kalorisi yüksək olduğundan, çox istehlak edildikdə kilo almağa səbəb olur.

Ancaq mütəmadi və qaydalı şəkildə üzüm istifadəsi sağlamlıq üçün çox faydalıdır.

Aliyə İlyas, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO