"Azərbaycanda mina qurbanlarının sayı 261-ə çatıb" - Leyla Abdullayeva

Hazırda oxunan: "Azərbaycanda mina qurbanlarının sayı 261-ə çatıb" - Leyla Abdullayeva

100629

"Vətən Müharibəsindən sonra Azərbaycanda mina qurbanlarının sayı 261 nəfərə çatıb". 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Fransaya yeni təyin olunmuş səfiri Leyla Abdullayeva tviterdə yazıb. 

Xatırladaq ki, oktyabrın 21-də Laçın rayonunun işğaldan azad edilmiş Suarası kəndi ərazisində təmir tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənov mina partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib, amma ağır xəsarət alan Elsevər Həmidov dünyasını dəyişib. 

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı məlumata görə, Səbuhi Həsənovun vəziyyəti qənaətbəxşdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO