Füzuli rayonunun Horadiz şəhəri və bir sıra kəndləri ilə 8 saylı Ərazi Vergilər İdarəsinin Beyləqanda yerləşən xidmət mərkəzi arasında məsafənin uzaq olduğunu nəzərə alaraq, Füzuli Rayon Vergilər Şöbəsində Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) fəaliyyətə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilir ki, yeni mərkəzin yaradılması vergi ödəyicilərinin işini asanlaşdırmaqla yanaşı, Füzuli rayonunda iqtisadi canlanmanın sürətləndirilməsi, innovativ texnologiyaların tətbiqi və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılmasına xidmət edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:55 / 22.10.2022
Füzulidə Asan Sertifikat Xidmətləri Mərkəzi yaradıldı
Hazırda oxunan: Füzulidə Asan Sertifikat Xidmətləri Mərkəzi yaradıldı
Hazırda oxunan: Füzulidə Asan Sertifikat Xidmətləri Mərkəzi yaradıldı
100626
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.