BÜRCLƏRİ nə bədbəxt edir? – Təklik, planlarının pozulması, yoxsa...

BÜRCLƏRİ nə bədbəxt edir? – Təklik, planlarının pozulması, yoxsa...

Hazırda oxunan: BÜRCLƏRİ nə bədbəxt edir? – Təklik, planlarının pozulması, yoxsa...

100525

"Xoşbəxtliyin müalicə edə bilmədiyini heç bir dərman müalicə edə bilməz"
Böyük yazar Qabriel qarsiya Markesin bu fikirləri hər zaman öz aktuallığını qoruyur. Bu həm də bədbəxt insanların necə məhv olduğunu görməyimizə də imkan yaradır.

Tolstoy isə belə deyirdi: “Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hər birinin fərqli hekayəsi var”. 

Həqiqətən də, insanların xoşbəxtliyinə mane olan hallar fərqlidir və bu, bürclərə görə də müxtəlif olur.

Bizim.Media bürclərin xoşbəxtliyinə mane olan məqamları təqdim edir:

Qoç

Qoç, qeyri-məhdud enerjisi ilə həyatının hər sahəsində dayanmadan fəaliyyət göstərərək zehni istehsalını sürətləndirir, hər yeni günə yeni bir fikirlə başlayır. Demək olar ki, o, həyatını marafon kimi tələsik yaşayır. Belə olduqda, onların sıçrayışını dayandırmaq, hərəkətlərinə mane olmaq, gözləmək, bir sözlə, hərəkətsizlik Qoç bürcünü bədbəxt edir.

Buğa

Buğa həyatının sonuna qədər, eyni qaydada davam edən və proqnozlaşdırıla bilən həyat yaşamağı arzulayırlar. Onlar sürprizləri sevmirlər. Lakin həyat yollarında qarşılarına çıxan ən xırda maneə belə onların sistemini dağıtmaq üçün yetərlidir. Bu səbəblə qurduğu təhlükəsiz bölgədən çıxmaq, rahatlığını pozmaq və dəyişməyə məcbur olmaq Buğa bürcünü bədbəxt edir.

Əkizlər

Əkizlərin zehni bütün bürclərdən daha sürətli işləyir. Bundan düzgün istifadə olunduqda, bir fəzilətə çevrilə bilər, ancaq idarə etdiyi bədənin tənbəl olmasına, ağlın çaşqın olmasına və daimi qərarsızlığa da səbəb ola bilər. Əkizlər hərəkət etməzdən əvvəl onun zehni tez qurulur, fiziki olaraq hərəkət etməzdən əvvəl bütün hərəkətlər abstraksiyada tamamlanır!.Ona görə də hamıdan əvvəl hərəkət etmək, sözün sonunu gözləmədən müdaxilə etmək, tələsik növbəti gedişə keçmək kimi xüsusiyyətləri var. Əkizlər bürcünün zehni fikirlərlə dolu olduqda susmaq məcburiyyətində qalmaq onları son dərəcə bədbəxt edir.

Xərçəng

Xərçəng ənənələrini gələcək nəsillər üçün qoruyub saxlamaq ümidi ilə gələcəyə daşımaq üçün yaşayır və bütün bu şəbəkəni sevgi bağı ilə qurur. Bütün sevdiklərinə qarşı şəfqət hissi göstərir. Xərçəng bütün ailəsinin məsuliyyətini qəbul etməkdən və onları məhəbbətlə qorumaqdan çəkinmir. Necə ki, sevgi ilə özünü ifadə edir və həyatını bu hiss üzərində qurur, sevildiyi qədər də həyata bağlanır. Sevilmədiyini düşünmək Xərçəng üçün təsvir olunmaz bir bədbəxtlikdir.

Şir

Şirlər günəşin övladlarıdır. Onlar istər-istəməz onlara ehtiyacı olan insanları öz hərarətləri ilə isitmək, alovluluğu və parlaqlığı ilə heyran etmək istəyirlər. Aslan öz küncündə kef çəkərkən quru və təmtəraqlı hörmət gözləmir. O, isti ürəklə sevir, ona uzanan əli tutur, heç kimin onun köməyinə ehtiyacı olmasını gözləmir O, həm də xarizmatikdir. Doğuşdan özü ilə gətirdiyi və hər şəraitdə qorumağa çalışdığı nüfuzunu itirmək onun ən böyük bədbəxtliyi olardı.

Qız

Heç bir münasibətdə, həyatının heç bir hissəsində və anında özünü başqasına etibar etmir, heç kəsi özünə tam yaxın buraxa bilməz. Onun gözündə hər şey nəzarətdə olmalı, tərtib edilməli, yerli-yerində olmalıdır. Qızlar hər şeyi kontrolda saxlamaq üçün başqalarının həyatlarına asanlıqla müdaxilə edirlər. Ona görə də, qız bürcü ən çox idarəetməni itirəndə bədbəxt olur. Lakin bu, heç də asanlıqla başa gəlmir.

Tərəzi

Bəzi insanlar tək yaşamağı bacarsalar da, tərəzilər bu siyahıda ola bilməzlər. Onlar tək qaldıqda həyatdan zövq ala bilmirlər. Belə olan halda o, sevmək, sevilmək və həyatdan zövq almaq istəyir. Onlar üçün bunda ntəbii heç nə yoxdur. Ancaq tək qalmaq onlar üçün ən böyük bədbəxtlik mənbəyi olacaq.

Əqrəb

İstər fiziki, istərsə də əqli mənada əqrəblər bir yerdə dayanmağı sevmir, hər şeyin ən yaxşısına nail olmaq, hər bilgiyə dərindən yiyələnmək istəyirlər. Səthilik onlar üçün qəbuledilməzdir. Heç bir mövzuda, insanda və ya duyğuda dərinləşə bilməmək Əqrəb bürcünə dözülməz bədbəxtlik verir.

Oxatan

Oxatana mane olmağa çalışsan, o bunun səbəbini axtarmayacaq, yerindəcə əks reaksiya verəcək. Ailə və Sosial basqı onlar üçün qəbuledilməzdir. Oxatanlar heç adət-ənənələri də ciddi qəbul etmirlər. Onlar üçün hə gün “ağlınızın, həyəcanınızın, həvəsinizin və marağınızın ardınca sərbəst uçmaq və öz ağlınıza uyğun yaşamağın vaxtıdır”. Həyata qarşı yaşamaq üçün bu sonsuz istək onu cilovlayırsa, Oxatan bədbəxt olmayacaq.

Oğlaq

Oğlaq bürcü olmaq həyatınızı ən başdan planlamağı, gələcəkdə mütləq çatacağınız hədəfi elə ilk günlərdən təyin etməyi və bütün həyatınız boyunca çəkdiyiniz bu yolda sabit addım atmağı tələb edir. Oğlaq bürcünün həyatında xoşagəlməz sürprizlərə yer yoxdur, bəxt üçün də boş yer yoxdur. Bütün bu əzm və planlar içərisində, əlbəttə ki, uğursuzluq bədbəxtlik gətirir.

Dolça

Dolça sabahın adamıdır. Marjinal intellekti sayəsində dərindən bilməyə meyllidir və zehni yaradıcılığı yüksək səviyyədə inkişaf edib. O, fərqli düşünür, marjinalı kəşf edir, hər sahədə məlumatlı olurlar. Alternativ həllər ustası və təəccüblü ideyaların sahibi olan dolça, əlbəttə ki, özünə məxsus texnologiya biliklərini bütün ideyalarına inteqrasiya edir və gələcək üçün bir çox intellektual və maddi sıçrayışlar edir. Bütün bu futuristik enerjidə öz adət-ənənələrinə məhbus olmaq və azad düşüncələrinin sıxışdırılması dolça bürcünə bədbəxtlik gətirir.

Balıqlar

Xəyallar sonsuzdur. Balıqların xəyallarının isə sayı-hesabı yoxdur. Rutin işlər, xəyallara gətirilən senzura və düşüncələrə tətbiq olunan boykot balığın bütün həyatı üzərində qurulan qalın divar kimidir. Balıqlar hər gün eyni işdə məsuliyyəti öz üzərlərinə götürməyə dözə bilməzlər. Gündəlik rejimdə yaşamaq, özünə vaxt ayıra bilməmək və böyük kollektiv balıqları bədbəxtliyə boğur.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO