AXCP-nin qanunsuz piket keçirməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

AXCP-nin qanunsuz piket keçirməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: AXCP-nin qanunsuz piket keçirməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

100482

"Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) icra hakimiyyətinin önündə piket keçirilməsini məqsədəuyğun hesab etməyib. Buna baxmayaraq, həmin partiyanın bir qrup üzvü piketin keçiriləcəyi haqda sosial şəbəkələrdə məlumatlar paylaşırlar".
 

Bunu Bizim.Media-nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib. 

O qeyd edib ki, ki, piket üçün nəzərdə tutulan yer təhsil müəssisələrinin yerləşdiyi, nəqliyyatın intensiv hərəkət etdiyi və insan sıxlığının yüksək olduğu ərazi olduğundan orada aksiya keçirilə bilməz:

"Ona görə də 2019-cu ildə qeydə alınmış analoji neqativ halın təkrarlanmasına imkan verilməyəcək, cəhd ediləcəyi təqdirdə isə qarşısı alınacaq. 

Xatırladırıq ki, qanunvericiliklə icazə verilməyən yerlərdə kütləvi tədbirlərin keçirilməsinə görə təşkilatçılar məsuliyyət daşıyırlar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO