Nişanlısının qətlə yetirdiyi 16 yaşlı qızla bağlı YENİ XƏBƏR 

Nişanlısının qətlə yetirdiyi 16 yaşlı qızla bağlı YENİ XƏBƏR 

Hazırda oxunan: Nişanlısının qətlə yetirdiyi 16 yaşlı qızla bağlı YENİ XƏBƏR 

100472

Dünən Abşeron rayonu Hökməli qəsəbəsində nişanlısı tərəfindən boğazı kəsilərək qətlə yetirilən 16 yaşlı H.Rəcəbovanın orta təhsili yarımçıq qalıbmış.

Bizim.Media xəbər verir ki, Hökməli qəsəbə tam orta məktəbindən “Qafqazinfo.az”a bildirilib ki, H.Rəcəbova 2021-ci ildə 8-ci sinifdə oxuyarkən ailəsinin tələbi ilə təhsilini yarımçıq qoyub:

“Onun atası bir müddət əvvəl vəfat edib, qapalı ailə olduqları üçün anasını çölə buraxmırlar. Nənəsi orta məktəbə gəlib təkidlə nəvəsinin məktəbdən çıxarılmasını tələb etdi. O, nəvəsinin nişanlandığını və 8-ci sinifdən sonra təhsilə davam etməyəcəyini bildirdi. Bundan sonra H.Rəcəbovanın məktəbdən çıxarılmasını aktlaşdırdıq və məktəbi tərk etdi”. 

Hökməli məscidinin qarşısında nişanlısı tərəfindən öldürülən H.Rəcəbova ötən gün axşam saatlarında dəfn edilib. Onun dekabrın 12-də 16 yaşı tamam olacaqdı. 

Hadisəni törədən 1996-cı il təvəllüdlü Murad Həsənov saxlanılıb. 

Faktla bağlı cinayət işi başlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO