“Məlum olduğu kimi Sumqayıtda yaşayan məşğul əhalinin əksəriyyəti Bakıda çalışır. Lakin Bakı-Sumqayıt yolundakı tıxaclar səbəbindən vətəndaşlar zamanının çoxunu yolda keçirir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri deputat Emin Hacıyev Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.
“Düşünmürəm ki, tıxacların əsas səbəbi maşınların çox olmasıdır. Çünki Azərbaycan adambaşına düşən avtomobil sayına görə heç də dünya üzrə ön sıralarda deyil. Təklif edirəm ki, Abşeron ərazisində nəqliyyata vahid sistem tətbiq edilsin.
Məsələn, Sumqayıtdan Bakıya xəttlər yalnız "avtovağzaldan-avtovağzala" prinsipi ilə olmasın. Bakının müxtəlif yerlərinə, məsələn Bakı Dövlət və İqtisad Universitetlərinə marşrutlar açıla bilər. Eyni zamanda güzəştli kartlar tətbiq edilə, bundan xüsusən tələbələr istifadə edə bilər”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:06 / 21.10.2022
“Tələbələrə nəqliyyatda güzəştli kartlar verilsin” – Parlamentdə TƏKLİF
Hazırda oxunan: “Tələbələrə nəqliyyatda güzəştli kartlar verilsin” – Parlamentdə TƏKLİF
Hazırda oxunan: “Tələbələrə nəqliyyatda güzəştli kartlar verilsin” – Parlamentdə TƏKLİF
100461
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.