Azərbaycanla bu ölkə arasında pensiya ilə bağlı SAZİŞ TƏSDİQLƏNDİ 

Azərbaycanla bu ölkə arasında pensiya ilə bağlı SAZİŞ TƏSDİQLƏNDİ 

Hazırda oxunan: Azərbaycanla bu ölkə arasında pensiya ilə bağlı SAZİŞ TƏSDİQLƏNDİ 

100451

"Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında" Sazişin təsdiq edilməsi barədə layihə Milli Məclisdə müzakirəyə çıxarılıb. 

Bizim.Media xəbər verir ki, saziş layihəsini parlamentə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib. 

Sazişi Azərbaycan hökuməti adından əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev və Serbiya Hökuməti adından bu ölkənin əmək, məşğulluq, veteranlar və sosial işlər naziri xanım Dariya Kisiç Tepavçeviç imzalayıblar. 

İmzalanan saziş iki ölkə vətəndaşlarının pensiya hüquqlarının təmin olunması mahiyyətini daşıyır. Sənəd Azərbaycan və Serbiya vətəndaşlarının bu dövlətlərin ərazisində qazanmış olduqları pensiya və sosial sığorta üzrə digər hüquqlarının tanınması və qorunması mexanizmlərini müəyyən edir. 
Sazişə əsasən, hər iki ölkənin vətəndaşlarının digərinin ərazisində qazandığı əmək stajı nəzərə alınacaq və onlar təqüdə çıxdıqdan sonra seçdikləri dövlətin pensiya müavinəti ilə təmin oluna biləcəklər. 

Layihə səs çoxluğu ilə qəbul edilib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO