Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Zəngilan hava limanına gedərkən yol qəzasına uğrayaraq xəstəxanada müalicə edilən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırımı və Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Şamil Ayrımı ziyarət edib.
Bizim.Media xəbər verir ki, bu barədə səfir şəxsi “Twitter” hesabında paylaşım edib.
MÖVZU İLƏ BAĞLI:
Binəli Yıldırım Zəngilanda qəzaya düşüb
“Xəstəxanadayıq. Cənab Binəli Yıldırımı, İstanbuldan olan millət vəkilimiz Şamil Ayrımı, xəstəxanadakı cangüdən dostlarımızı ziyarət etdik.
Bütün həkimlər, səhiyyə işçiləri diqqətlidir. Onların səhhətinin yaxşı olduğu barədə məlumat aldıq. Ən xoş arzularımızı çatdırırıq”, - səfir qeyd edib.
Bizim.Media
Hastanedeyiz. Sn. Başbakanımız Binalı Yıldırım,İstanbul Milletvekilimiz Şamil Ayrım,Koruma arkadaşlarımızı hastanede ziyaret ettik.Tüm doktorlar ve sağlık çalışanları titizlikle ilgilenmekteler. Sağlık durumlarının iyi olduğu bilgisini aldık. Geçmiş olsun dileklerimizi iletiyorum
— Cahit Bağcı (@cahitbagci) October 20, 2022