Müharibələr və pandemiyalar insan qırğınına səbəb olmaqla bərabər kimlərinsə biznes maraqlarına xidmət edir. Təsadüfi deyil ki, pandemiyanın birinci ilində dünya iqtisadiyyatı kiçilsə də milyarderlərin sərvəti bir trilyon artdı. Maraqlıdır ki, ancaq ABŞ-dakı milyarderlər sərvətlərinə sərvət qatdılar.
Amma, təkcə Rusiya milyarderləri 200 milyard sərvət itirdilər. Bu da ondan irəli gəlir ki, dünya leqal dövlətlərin, yox dərin dövlətlərin əliylə idarə olunur. Məşhur bir deyilm var:
“ABŞ-da Prezident seçkilərdə yox, çay kənarında seçilir”. Bu deyimin də açması odur ki, hələ ötən əsrlərdə ABŞ-ın imkanlı adamları bir qayda olaraq həftə sonu çaya balıq ovuna gedirmişlər. Və burda məqsəd balıq tutub, əylənmək deyil, sakit və tənha yerdə ölkənin həyatı barədə qərarlar vermək olub.
Milyarderlər seçkilərə heç zaman özləri qatılmırlar. Onlar kimlərisə seçirlər və onları istədikləri kimi idarə edirlər. Təsadüfi deyil ki, dünyada son illər baş verən qlobal proseslərdən Ağ Ev rəsmilərindən daha çox milyarderlər danışırlar. Məsələn, pandemiya dövründə Bill Qeyts nə qədər fəal idisə, Ukrayna-Rusiya müharibəsində İlon Mask bir o qədər aktivdir. Və siyasətçi olmadığı halda Mask münaqişə barədə davamlı proqnozlar verir. Bu da onu göstərir ki, ABŞ-ı Ağ Evdə oturanlar deyil, dərin dövlətə bağlı milyarderlər idarə edir.
Məsələ ilə bağlı politoloq Cümşüd Nuriyevlə həmsöhbət olduq. O, Bizim.Media-ya açıqlamasında bunun bir layihə olduğunu söylədi:
“Gizli dövlət adamları- onlara belə də deyirlər: “300-lər komitəsinin uşaqları” dünya ilə bağlı müxtəlif qərarlar verir və onun icrasına çalışırlar. Məsələn, indiki halda qərara gəliblər ki, əhalinin dünyadakı sürətli artımının qarşısını alsınlar. Bilirsiniz ki, dünya əhalsinin sayı 8 milyarda yaxınlaşır. Ona görə də maddi nemətlər çatmır. Onların hesabatına görə dünyada cəmi 2 milyard insan yaşamalıdır.
Bunun da bir milyardı korporasiya, şirkət, bir sözlə pul sahibi olanlardı. Digər bir milyard isə onlar üçün işləyənlərdir. Qalan 6 milyard bu və ya digər şəkildə məhv edilməlidir. Bunu ilkin mərhələdə Afrikada sınaqdan keçirdilər. Baxın, Afrikanın 53 dövləti var. Amma əhalinin sayı bir milyarda çatmır. Halbuki, Çinlə Hindistandakı ümumi əhali 2 milyarddan çoxdur”.
Politoloq onu da əlavə etdi ki, Qərbdəkilər özlərini ayrı irq hesab edirlər. Pandemiya da onların layihəsidir. Planlaşdırılmış bir aksiya idi.
Çin bu planın üstünü açdı. Ona görə də Çinə hücumlar son vaxtlar xeyli çoxalıb. Qərbin Çinə gücü çatmadı. Ona görə məkanı Ukrayna-Rusiya müstəvisinə dəyişdilər. “Hyuston planına” görə Rusiya parçalanmalıdır. Bu ərazilərdə kütləvi qırğınlar olmalıdır. Təsadüfi deyil ki, ABŞ-ın dərin dövləti bir layihə üzrə Bill Qeytsi, digər layihəyə görə isə İlon Maskı moderator seçib.
Bill Qeytsin pandemiya dövründəki vaksinasiya ideyası insan artımının qarşısını almağı hədəfləyib. İlon Mask isə Putinlə də görüşüb. Bu müharibələr planlaşırılmış və razılaşdırılmış bir layihədir.
Ona görə də bunlar çox böyük ustalıqla və dəqiqliklə hazırlanmış bir senaridir. Həmin senariyə uyğun olaraq İlon Mask öz üzərinə düşənləri yerinə yetirir. Məqsəd odur ki, dünyada insan artımının qarşısı alınsın. Bunun üçün yeni münaqişə ocaqları axtarılır. Və ilk ağıla gələn də Asiya dövlətləridir. Çinlə Hindistanın müharibəyə cəlb edilməsi hazırda əsas məqsəddir. Bunun ardınca əhalisi 200 milyonu keçən ölkələr Banqladeş, Pakistan və digər dövlətlər gəlir”.
Cümşüd Nuriyev bir maraqlı məsələyə toxundu:
“Qırğın layihəsində maraqlı bir məqam var. Eyni kökənli xalqları bir-birinə qırdırırlar. Məsələn, ərəbi ərəbə, slavyanı slavyana. Amma görün, katoloki-katolikə vuruşdururlar?! Yox. Çünki, onların başında Vatikan var. Yəni bu dünyada təsadüfi heç nə yoxdur. Hər şey dərin dövlətlər tərəfindən idarə olunur”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:30 / 21.10.2022
Dünyada siyasi qərarları nəyə görə milyarderlər verir? – Maraqlı SƏBƏB
Hazırda oxunan: Dünyada siyasi qərarları nəyə görə milyarderlər verir? – Maraqlı SƏBƏB
Hazırda oxunan: Dünyada siyasi qərarları nəyə görə milyarderlər verir? – Maraqlı SƏBƏB
100342
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.