“Dəcəl” məktəblilər üçün cəza qaydaları: Nə qədər effektiv olacaq?

“Dəcəl” məktəblilər üçün cəza qaydaları: Nə qədər effektiv olacaq?

Hazırda oxunan: “Dəcəl” məktəblilər üçün cəza qaydaları: Nə qədər effektiv olacaq?

100329

“Düşünürəm ki, bu qaydaların tətbiq olunması ilə bir növ məktəb daxili nizam-intizam qaydalarına şagird-müəllim münasibətlərinin etik kodekslər çərçivəsində düzgün qurulmasında faydalı olacaq”.

Bizim.Media xəbər verir ki, bu sözləri təhsil eksperti Elçin Əfəndi şagirdlərin məktəbdaxili nizam-intizam qaydalarının tətbiq edilməsinə münasibət olaraq bildirib.

Ekspertin sözlərinə görə, bu mexanizmə həm də ciddi şəkildə nəzarət lazımdır:

“Bu qaydaların əməl olunmasına ciddi şəkildə nəzarət lazımdır. Çünki sui-istifadə edərək qərarı dəyişdirməyə çalışan, cəza tədbirlərinə qarşı gələn valideynlər olacaq ki, bu zaman müəllimlər həmin müdaxilələri düzgün şəkildə idarə etməlidir. Bu gün 4440-dan çox məktəb fəaliyyət göstərir ki, bunun 1 milyon 600 mindən çox şagird təhsil alır. Nəzərə alsaq ki, bu uşaqların hər birinin müxtəlif psixologiyası var və müxtəlif ailələrdən gəlirlər.

Onların təlim-tərbiyə məsələsi ilk olaraq ailədən başlayır. Lakin paralel olaraq məktəbdə də bu işlər üzrə məsul olanlar müəllimlərdir.

Bəzi məsələlərə göz yumduqca o böyüyür daha da problemli hala çevirilir. Sözügedən qərarların qəbul olması və düzgün şəkildə icrası qismən də olsa hazırki məktəb-şagird münasibətlərinə düzgün istiqamət verəcək”, - deyə E.Əfəndi bildirib.
Qeyd edək ki, ötən gün Elm və Təhsil Nazirliyi məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirlərlə bağlı məlumat açıqlayıb. Bildirilib ki, bu zaman şagirdlərin davranış səviyyələri nəzərə alınacaq. 

Davranış səviyyələrinə görə tətbiq ediləcək inzibati tədbirlər bunlardır:

- müəllim baxışı, qeyri-verbal münasibət

- şagirdlərlə sakit söhbət

- xəbərdarlıq

- uzaqlaşdırma

- valideyn ilə əlaqə saxlamaq

- dərsdən sonra şagirdin məktəbdə saxlanması

- psixoloqa yönləndirmə

- sarı xəbərdarlıq məktubu

- narıncı xəbərdarlıq

- qırmızı xəbərdarlıq.

Səkinə Yusibli, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO