Qusar muzeyi 40 yaşında – FOTO 

Qusar muzeyi 40 yaşında – FOTO 

Hazırda oxunan: Qusar muzeyi 40 yaşında – FOTO 

100296

Qusar tarix-diyarşünaslıq muzeyinin yaradılmasının 40 ili tamam olur. Bu münasibətlə muzeyin həyətində geniş tədbir düzənlənib.  

Bizim.Media-nın şimal bürosunun məlumatına görə, Qusar İH-nin, Xaçmaz regional mədəniyyət idarəsinin rəsmilərinin, ayrı-ayrı müəssisə və təşkilat nümayəndələrinin, Qusarın tanınmış elm, mədəniyyət xadimlərinin, ziyalıların qatıldığı mərasimdən əvvəl Qusarın tarixi keçmişini əks etdirən və muzeydə saxlanılan eksponatların video çarxı nümayiş etdirilib, video təbriklər səsləndirilib.  

Qusar tarix-diyarşünaslıq muzeyinin direktoru Xatirə Nağıbəyova rayonun tarixini yaşatmaq kimi xeyirxah missiyadan ətraflı danışıb və bu istiqamətdə görülən işlərdən söz açıb.
Onun sözlərinə görə, Qusar muzeyinin 5000 eksponatı var və onlardan 650-si hazırda nümayiş olunur.  

Qusar İH başçısının müavini Elman Mustafayev də çıxışında Qusar muzeyinin keçdiyi 40 illik yoldan və icra hakimiyyətinin muzeyin eksponatlarının qorunması və genişləndirilməsi istiqamətində göstərdiyi köməklikdən bəhs edib. 

1982-ci ildə yaradılmış Qusar muzeyinin ilk işçilərindən olmuş Əbdürrəhim Əhmədov isə həmin dövrdə eksponatları toplamağın və saxlamağın çox çətin olduğunu, cəmi 1 otaqda yerləşdiklərini vurğulayıb.

O, həmin vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 2-ci katibi Yuri Puqaçovun Qusar muzeyinə gəlib baxış keçirməsini də xatırlayıb.  

Qusardan olan tanınmış jurnalist Sədaqət Kərimova çıxışında düz 40 il əvvələ səyahət edib. Bildirib ki, Qusar tarix-diyarşünaslıq muzeyinin açılışından əvvəl Kəlbəcərdə də muzeyin açılışında iştirak edib. Sədaqət Kərimova bildirib ki, Kəlbəcər Ermənistan tərəfindən işğal olunanda muzeyin direktoru Şamil Əsgərov öz evinin əşyalarını deyil, muzeyin eksponatlarını güclə xilas edib.O, Əsgərovun eksponatları Bakıya gətirməsini təqdirəlayiq bir hal kimi qiymətləndirib.  

40 yaşlı Qusar muzeyində çox qiymətli eksponat və məlumatlar var. Qarşıdakı günlərdə Səməd Vurğunun və Əhməd Cavadın Qusarla bağlılığı, Qusarın Böyük Vətən Müharibəsində iştirak etmiş ilk qadın paraşütçüsü barədə materiallarımız olacaq.  

Sonda Qusarın musiqi kollektivlərinin  üzvləri konsert proqramı ilə çıxış edib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO